Türkiyə nəhəngi 20 milyona erməni futbolçu almaq istəyir

Türkiyə nəhəngi 20 milyona erməni futbolçu almaq istəyir

"Qalatasaray" klubu "Krasnodar"ın futbolçusu Eduard Spertsyanı transfer etmək istəyir.

Bakupost.az xəbər verir ki, "sarı-qırmızılar" komandadan ayrılan Dris Mertensin boşluğunu erməni pleymeyker ilə doldurmağı planlaşdırır. Oyunçu tərəfi razı salınarsa, bu keçid baş tutacaq.

Bu barədə "Qalatasaray"a yaxın jurnalistlərdən olan Arda Özkurt məlumat yayıb.

Spertsyan 2018-ci ildən "Krasnodar"ın əsas komandasında çıxış edir. O, başa çatan mövsümdə komandası ilə Rusiya çempionu olub.

24 yaşlı futbolçu Ermənistan yığmasında 32 oyuna çıxıb və 6 qol vurub. "Transfermarkt" portalına görə, onun dəyəri 20 milyon avrodur.

"Cebheinfo.az"