Tərtərdə bir ailənin üç üzvü qəzaya DÜŞDÜ

Tərtərdə yol-nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Şıxarx qəsəbəsinə gedən avtomobil yolunda qeydə alınıb.
Minik avtomobillərinin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Tural Sabir oğlu Əhmədli, 2000-ci il təvəllüdlü xanımı Süsən Qəhrəman qızı Əhmədli və ailənin 2024-cü il təvəllüdlü övladı Ahu Tural qızı Əhmədli xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"