Lerikdə zəlzələ oldu

Lerikdə zəlzələ oldu

Lerik rayonunda zəlzələ qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 07:51-də Lənkəran stansiyasından 17 km qərbdə, Lerik rayonunda 3.6 maqnitudalı zəlzələ olub.

Zəlzələnin ocağı 15 km dərinlikdə yerləşib.

"Cebheinfo.az"