Polşanın yeni prezidenti BƏLLİ OLDU

Polşanın yeni prezidenti BƏLLİ OLDU

Polşada  prezident seçkilərinin gərgin mübarizə şəraitində keçən ikinci turunda Karol Navroçki 50,9 faiz səs toplayaraq qalib gəlib.

"Cebheinfo.az" xəbər verir ki, bazar günü Polşada keçirilən prezident seçkilərinin ikinci turunda 29 milyon qeydiyyatdan keçmiş seçici Varşava meri Rafal Trzaskovski ilə mühafizəkar müxalif Hüquq və Ədalət Partiyasının namizədi tarixçi Navroçki arasında seçim edib.

Seçki Komissiyasının açıqladığı rəsmi nəticələrə görə, Navroçki 50,9 faiz səs qazanaraq, beş il müddətinə seçkiqabağı prezidentlikdə ölkəni təmsil etməyə namizəd olub. Seçkiqabağı sorğularda bir qədər irəlidə olduğu göstərilən Trzaskovski 49,1 faizdə qalıb.

Prezident seçkilərinin ikinci turu Baş nazir Donald Tusk hökuməti ilə müxalifət arasında, xüsusən də Avropa İttifaqı (Aİ) ilə münasibətlər, məhkəmə islahatları, abort qanunları və Rusiya-Ukrayna müharibəsi kimi məsələlər ətrafında münaqişənin fonunda keçirilib.

Siyasi analitiklər bildirirlər ki, Aİ-yə soyuq yanaşması ilə tanınan və ABŞ Prezidenti Donald Trampın siyasətindən ilhamlanan Navroçki prezidentliyi dövründə veto hüququ ilə Tuskun rəhbərlik etdiyi koalisiya hökumətinə meydan oxuya bilər.

Nigar Hacılı 
"Cebheinfo.az"