Lavrov ABŞ dövlət katibinə zəng edib

Lavrov ABŞ dövlət katibinə zəng edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında Bryansk və Kursk vilayətlərində dəmir yolu infrastrukturuna edilən hücumlarla bağlı telefon danışığı olub.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Lavrovun amerikalı həmkarı Rubio ilə telefon danışığı apardığını açıqlayıb.

Bildirilir ki, Ukrayna məsələsinin müzakirə edildiyi görüşdə Rubio Bryansk və Kursk vilayətlərində dəmir yolu infrastrukturuna edilən bombalı hücumların qurbanları üçün Lavrova başsağlığı verib.

Məlumatda hücumlarla bağlı araşdırmanın nəticələrinin çox yaxında açıqlanacağı, partlayışlara görə məsuliyyət daşıyanların mütləq üzə çıxarılacağı və layiq olduqları cəzanı alacağı qeyd edilib.

Qeyd olunub ki, Lavrov və Rubio İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının bərpası planlarını müzakirə ediblər.

Xatırladaq ki, Rusiyanın Bryansk vilayətində magistral körpünün hərəkətdə olan sərnişin qatarının üzərinə çökməsi nəticəsində 7 nəfər ölüb, 71 nəfər yaralanıb.

Kursk vilayətində dəmir yolu körpüsündə də partlayış olub, hərəkətdə olan qatar magistral yola düşüb, mühəndis və onun köməkçiləri yaralanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"