“Nümunəvi valideynlik İnstitutu” adlı layihəyə start verildi

“Nümunəvi valideynlik İnstitutu” adlı layihəyə start verildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi 01.06.2025 cü il tarixində “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyə start verdi.

"Cebheinfo.az" xəbər verir ki, layihənin ideyası 0-8 və 13-17 yaşadək uşaqların valideynlərini və maraqlı tərəfləri Erkən Uşaqlıq Dövründə inkişafın vacibliyi, sosial, fiziki və əqli inkişafı, düzgün qidalanma, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafının stimullaşdırılması, erkən və qohum nigahların fəsadları və bunun qarşısının alınması ilə bağlı qəbul olunmuş qanunlarla bağlı maarifləndirməsindən ibarətdir. Bununla da Nümunəvi Valideynlik Institutu təşviq olunacaq.

Layihədə Nümunəvi Valideynlik  İnstitutunun yaranması üçün tədbirlər həyata keçiriləcək. Həm ailə qurmaq ərəfəsində olan gənclər həm də 0-8 və 13-17 yaş arası uşaqların valideynləri ilə maarifləndirmə işi aparılacaq. Layihə çərçivəsində hədəf rayonlarında 0-8 və 13-17 yaşlı uşaqların valideynləri və ailə qurmaq ərəfəsində olan gənclər tədbirlərə dəvət olunacaq. 0-8 yaşlı uşaqların Valideynləri “Erkən Uşaqlıq dövründə İnkişaf" mövzusunda maarifləndiriləcək. EUDİ, Bəsləyici Qayğı modelinin  kompanentləri, EUDİ də ataların rolu,müsbət valideynlik haqda haqda ətraflı məlumat alacaq.

13-17 yaşlı uşaqların valideynlərinə erkən və qohum nigahların fəsadları və qanunvericiliklə bağlı məlumatlar veriləcək və müzakirələr aparılacaq. Layihə 3 ay müddətində 4 rayonda( Ağcabədi, Beyləqan, Xocavənd və Füzuli) həyata keçiriləcək.

"Cebheinfo.az"