Mehriban Əliyeva: “Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm!”

Mehriban Əliyeva: “Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm!”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan minifutbol yığmasının qələbəsi münasibətilə paylaşım edib.

"Cebheinfo.az" xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm cansağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”

​​​​​​"Cebheinfo.az"