Azərbaycanda həbsxana binası çökdü - Ölən və yaralıların olduğu deyilir

Qaradağ rayonunda 12 saylı cəzaçəkmə müəssisəsində bina çöküb.
"Cebheinfo.az" xəbər verir ki, ajans.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə bu gün gündüz saatlarında Ədliyyə Nazirliyinin Qaradağ rayonu 12 saylı cəzaçəkmə müəssisəsində korpuslardan biri çöküb.
Hadisə zamanı məhkumlar arasında ölən və yaralananların olduğu idda edilir. Ərazidə xilasetmə işləri aparılıb.
Hadisə ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətinə sorğu verilib.
"Cebheinfo.az"