“Atletiko” Qrizmannla bağlı qərar verdi

“Atletiko” futbolçusu Antuan Qrizmannla müqaviləni yeniləyib.
Bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Fransalı futbolçu ilə yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, 2014-2019-cü illərdə “Atletiko”da çıxış edən 34 yaşlı hücumçu 2021-ci ildə yenidən Madrid klubuna qayıdıb. O, başa çatan mövsümdə 53 oyunda 16 qol vurub, 9 məhsuldar ötürmə edib.
"Cebheinfo.az"