İspaniya Qran-prisinin qalibi bəlli oldu

“Formula 1” üzrə İspaniya Qran-prisinin qalibi müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, “MacLaren” pilotu Oskar Piastri bütün rəqiblərini qabaqlayıb.
Onun komanda yoldaşı Lando Norris ikinci yeri tutub. “Ferrari”dən Şarl Lekler isə üçüncü olub.
Dördqat dünya çempionu niderlandlı Maks Ferstappen isə İspaniya Qran-prisində 10-cu yeri tutaraq ümumi siyahıda üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında keçiriləcək.
"Cebheinfo.az"