Maştağa qəsəbəsində məktəblilər üçün seminar keçirildi - FOTOLAR

Maştağa qəsəbəsində məktəblilər üçün seminar keçirildi - FOTOLAR

30 may 2025-ci il tarixində saat 13-00 -da Maştağa qəsəbəsi  K.Məmmədov adına 209 № li tam orta məktəbin Akt zalında “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi,piyada mədəniyyətinin aşılanması” layihəsinə könüllüluk prinsipi əsasında qoşulmuş 30 nəfər məktəblinin iştirakı ilə  seminar təşkil olunmuşdu.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə layihə rəhbəri Namiq Nəcəfov məlumat verib. Onun sözlərinə görə, seminarın təşkili üçün Akt  zalında təmizlik, səliqə - səhman yaradılmış, layihənin rolapı qurulmuş, masaların üstünə  yol hərəkətinin təhlükəsizliyinə aid yaddaş kitabçaları, uşaq hüquqları barədə  broşurlər , xüsusi turacaqlarda məlumat daşıyıcıları və  layihənin digər atributları - “Səki”,”Piyada zolağı “, “İşıqfor” dəsti,”Yol nişanları”, “Xüsusi  geyim dəstləri - “Avtomobil”,”Tramvay”,”Yanğından mühafizə”,”Yol Patrul xidməti”, “Tibb xidməti,”- görüntülərini geyim üzərində  daşıyan şagirdlər təşkil olunmuşdular.

Layihənin rəhbəri N.Nəcəfov  tədbirə toplaşanları salamladı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin QHT-lərin cəmiyyətdə rolunun inkişafı sahəsində gördüyü məqsədyönlü və səmərəli işindən danışdı, ictimai fəallığın inkişafına, cəmiyyət üçün aktual olan məsələlərin həllinə  yönəlmiş  hər il təşkil olunan  Qrant müsabiqələrindən söz açdı. “Yeniyetmələrə yol hərəkətinin  təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin məktəblilər üçün fərdi təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıdığını xüsusi qeyd etdi. Sonra layihə rəhbəri seminar iştirakçıları ilə birlikdə piyadalar üçün  keçiddən istiufadəni dönə-dönə nimayiş etdirdi və onların hər birinin fərdi qaydada və ya qrup halında  riayət etməli yol hərəkəti  qaydalarını bir də yaddaşlara gətirdi, sual-cavab olundu,həm nəzəri biliklər,həm də praktik davranış və vərdişlər nümayiş edildi. Şagirdlərdə coşqun maraq doğuran seminarda K.Məmmədov adına 209 №li tam orta məktəbin direktoru Səbahət Ağayeva çəxış etdi. O, bildirdi ki,fərdi təhlükəsizliyini gözləyən hər bir fərd yol hərəkəti təhlükəsizliyi qaydalarına riayət etməlidir. Seminarın sonunda hər bir iştirakçıya Diplom təqdim edildi və  dəftərçə (bloknot), qələm hədiyyə verildi.

Seminarda “Oriqami “ ictimai birliyi  foto və video çəkiliş təşkil etmişdi. K.Məmmədov adına 209 № li tam orta məktəbdə təşkil olunmuş seminar barədə media qurumlarına məlumat göndərilmişdir. Maştağa qəsəbəsində “Yeniyetmələrə yol hərəkətinin təhlükəsizliyi, piyada mədəniyyətinin aşılanması” layihəsinin icrası müddətində “Piyada keçidindən istifadə edərkən bir səhnə - praktik məşğələ, rollu, situativ oyunlar” adlı silsilə tədbirlərin  4 təhsil ocağında təşkili nəzərdə tutulur.

"Cebheinfo.az"