Zelenski: Umerov Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək

Ukraynanın müdafiə naziri Rustem Umerov Türkiyənin İstanbul şəhərində baş tutacaq danışıqlarda növbəti dəfə Kiyevi təmsil edəcək.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram kanalında bildirib.
"Ukraynanın müdafiə nazirinin, xarici işlər nazirinin, Baş Qərargahın, kəşfiyyat xidmətlərinin və Təhlükəsizlik Xidmətinin hesabatlarını dinlədim. Bazar ertəsi İstanbulda keçiriləcək görüşdən əvvəl mövqeləri müəyyənləşdirdim", - o yazıb.
Zelenski qeyd edib ki, nümayəndə heyəti bir çox məsələləri, o cümlədən atəşkəs və məhbusların azad olunmasını müzakirə etməyi planlaşdırır.
Umerov daha əvvəl vurğulayıb ki, Kiyev Rusiya tərəfi ilə görüşün “əleyhinə deyil”, lakin başlamazdan əvvəl Moskvadan memorandum gözləyir.
Xatırladaq ki, danışıqların əvvəlki raundu mayın 16-da baş tutub və “1000-dən 1000-ə qədər” prinsipi ilə əsirlərin mübadiləsinə dair razılaşmalar və mümkün gələcək atəşkəs barədə tərəflərin öz mövqelərini təqdim etməsi ilə başa çatıb.
"Cebheinfo.az"