Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir - FOTOLAR

Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir - FOTOLAR

Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, forumda elm və təhsil naziri Emin Əmrullayev, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və digər rəsmilər iştirak edirlər.

Forum çərçivəsində “Böyük qayıdış: çağırışlar və imkanlar”, “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzularında panellər də keçirilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edərək, işğaldan azad olunmuş ərazilərimizdə əhalinin doğma ata-baba yurdlarına qayıtması üçün böyük layihələrin həyata keçirildiyindən danışıb. 

Burada həm dövlət, həm də özəl sektorun nümayəndələrinin iştirak etdiyini deyib. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər, doğma torpaqlarına mərhələli şəkildə köç edir.

E.Yusubovun sözlərinə görə, artıq Ağdərə rayonunun Talış və Suqovuşan kəndlərinə, Xocalı şəhəri və Ballıca kəndinə köç olub.

Ümumilikdə bu ərazilərə 2 600-dən çox ailə köçürülüb.

“Cebheinfo.az”