Somalidə əməliyyat zamanı İŞİD-in 15 yaraqlısı öldürülüb

Somalinin şərqində yerləşən Puntlend komandanlıq mərkəzini ələ keçirmək üçün keçirilən əməliyyatda İŞİD-in azı 15 yaraqlısı öldürülüb.
Bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Garowe” nəşri məlumat yayıb.
"Rəsmilər bildiriblər ki, Miyraale və Baallade vadisi arasında üsyançılar qaça bilməyənə qədər həyata keçirilən hücumda azı 15 yaraqlı öldürülüb. Əməliyyat ekstremist qrupun bölgədəki mövcudluğuna ciddi zərbə vurur", - məlumatda deyilir.
Qeyd olunur ki, əməliyyat nəticəsində terrorçuların mühüm komanda mərkəzi ələ keçirilib.
"Cebheinfo.az"