Bu ərazidə güclü ZƏLZƏLƏ

Yeni Zelandiyanın şimalında 6 maqnitudalı zəlzələ olub.
Bu barədə ABŞ-nin Geolojin Xidməti bildirib.
Xidmətin verilənlərinə görə, yerli vaxtla 10:21-də (Bakı vaxtı ilə 02:21) qeydə alınmış zəlzələnin episentri Kermadek adaları bölgəsində – Sakit okeanda olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib, sunami təhlükəsi hələlik elan edilməyib.
"Cebheinfo.az"