Paşinyan erməni generalı işdən QOVDU

Paşinyan erməni generalı işdən QOVDU

Ermənistan polisinin rəisi, daxili işlər nazirinin müavini Aram Ovanisyan tutduğu vəzifədən azad edilib.

Müvafiq qərarı baş nazir Nikol Paşinyan imzalayıb. Məlum olub ki, Ovanisyan istefa ərizəsini baş nazirin tələbi ilə yazıb. Bu qərarın səbəbləri açıqlanmır.

O, 1990-cı ildən daxili işlər orqanlarında işləyib və 2023-cü il yanvarın 9-dan Ermənistan polisinin rəisi olub.

"Cebheinfo.az"