Maşını azarkeşlərin üzərinə SÜRDÜ

Maşını azarkeşlərin üzərinə SÜRDÜ

Fransanın cənub-şərqində bir kişi avtomobillə Çempionlar Liqasında “Pari Sen-Jermen” (PSJ) komandasının qələbəsini qeyd edən futbol azarkeşlərinin kütləsinə çırpılıb.

Modern.az “Agence France-Presse”yə (AFP) istinadən xəbər verir ki, hadisə Qrenobl şəhərində baş verib. Dörd nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Qeyd olunur ki, bütün xəsarət alanlar bir ailənin üzvləri olub. Polis sürücünü saxlayıb və həbs edib.

Bu hadisənin təhqiqatı ilə tanış olan mənbənin məlumatına görə, hələlik heç nə kişinin qəsdən insanlara çırpıldığını göstərmir.

“Cebheinfo.az”