Medvedev Putinlə birləşir

Rusiya hakimiyyətində yüksək vəzifələr uğrunda səhnə arxasında gedən mübarizə yenidən fəallaşıb. Xüsusi hərbi əməliyyatların uzanması və ölkədə getdikcə daha çox hərbiləşmə hakim elita daxilində mövqe bölgüsünü yenidən gündəmə gətirir.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev yenidən baş nazir postuna qayıtmaq istəyir. Təhlükəsizlik Şurası sədrinin müavini bu dəfə hökumətə qayıtmaq və baş nazir kreslosuna yenidən sahib çıxmaq niyyətindədir.
Onun yaxın ətrafındakı mənbələrin bildirdiyinə görə, Medvedev bu təyinatın elə 2025-ci ildə baş tutacağını gözləyir.
“Cebheinfo.az” xəbər verir ki, mənbənin sözlərinə görə, Medvedev hazırkı dövrün çətinliklərini nəzərə alaraq, Rusiyaya daha sərt və radikal mövqeli bir baş nazirin lazım olduğunu düşünür:
“Dmitri Anatolyeviç hesab edir ki, ölkə artıq uzunmüddətli müharibə dövrünə daxil olub və qarşıda digər bölgələrdə də hərbi qarşıdurmalar istisna deyil. Bu səbəbdən Rusiyanı hərbi rejimə keçirməyə hazır olan, sərt və prinsipial bir fiqur lazımdır. O da özünü bu rol üçün ən uyğun namizəd sayır”.
Qeyd edək ki, Medvedevin yenidən baş nazir olmaq istəyi indiki Baş nazir Mixail Mişustinin istefaya göndəriləcəyi ilə bağlı yayılan söz-söhbətlərdən dərhal sonra ortaya çıxıb. Daha əvvəl Rusiya KİV-ləri yazırdı ki, Vladimir Putinə hökumət başçısını dəyişmək təklif olunub.
Mənbələr əlavə edir ki, Medvedev şəxsi söhbətlərində Mişustini “çox mülayim” adlandırır və iddia edir ki, o, gizlicə xüsusi hərbi əməliyyatların tezliklə başa çatmasını arzulayır. Medvedevin baş nazir postuna təyinatı qarşısında əsas maneə onun sağlamlıq durumu və ictimai imici ola bilər.
Halbuki özü bildirib ki, vaxtilə keçirdiyi onkoloji xəstəlikdən sağalıb. Amma Kreml və hökumət daxilindəki bütün mənbələr bu iddiaya inanmır. Medvedevin yenidən hökumətə qayıtmaq istəyi təkcə şəxsi ambisiya deyil, bu, Rusiya siyasi kursunun hansı istiqamətə yönəldiyini göstərən əlamətdir.
O, son illərdə sərt, bəzən hətta aqressiv açıqlamalarla çıxış edir və özünü yeni rol üçün özünü hazırlayır. Kreml doğrudan da onu geri qaytarmaq istəyir, yoxsa bu, sadəcə siyasi diqqət çəkmə manevridir?
Qarşıdakı aylarda bu suallara cavab verə biləcək.
Səbinə Uğur
"Cebheinfo.az"