Trampdan Maska ŞOK SÖZLƏR

Trampdan Maska ŞOK SÖZLƏR

ABŞ Prezidenti Donald Tramp İlon Maskla bağlı maraqlı fikirlər səsləndirib.

"Cebheinfo.az" xəbər verir ki, hökumət xərclərinin azaldılması və israfçılığın qarşısını almaq məqsədilə yaradılan strukturda (ABŞ Hökumətinin Effektivliyi Departamenti) aparıcı rol oynayan Maskı Prezident zarafatla “yarı dahi, yarı uşaq” adlandırıb.

Trampın yaxın çevrəsində bu ifadənin bir az da şişirdilmiş versiyası dolaşır: 

“90 faiz dahi, 10 faiz uşaq”.

Görünür, Trampın gözündə Mask həm dahiyanə ideyaları, həm də bəzən düşünülməmiş hərəkətləri ilə seçilir.

Prezidentin onun 1 trilyon dollarlıq dövlət qənaəti vədi barədə “bəlkə də boş söhbətdir?” sualını verməsi, aralarında müəyyən skeptisizmin olduğunu göstərir.Xatırladaq ki, Maskın fəaliyyət tərzi administrasiyada  birmənalı qarşılanmayıb.

O, qəbul etdiyi qərarları heç kimlə müzakirə etmədən icra edib, hətta Ağ Ev aparatının rəhbəri ilə belə məsləhətləşməyə ehtiyac duymayıb.

Bu səbəbdən Tramp məsələni şəxsən nəzarətə götürərək, Maskın komandası üzərində daha ciddi nəzarət tələb edib.Trampı narazı salan başqa bir məqam isə Maskın bəzi nazirləri açıq şəkildə sərt tənqid etməsi olub.

Ağ Ev rəsmilərindən biri bildirib ki, Prezident bir dəfə kabinet iclasında Maskın administrasiya üzvləri ilə necə kobud danışdığını görüb, təəccüb içində qalıb.

Mask həmçinin Trampın yüksək gömrük rüsumları ilə bağlı planlarını da bəyənməyib və dövlət xərclərinin azaldılması haqqında qanun layihəsinə qarşı çıxıb.

Ən maraqlısı isə odur ki, Mask administrasiyadan ayrıldığını Trampa deməyib. Prezident bunu milyarderin sosial şəbəkə olan "X"-dəki paylaşımından öyrənib.

Bütün bu narazılıqlara baxmayaraq, Tramp Maskla münasibətlərini yaxşı saxlamağa çalışıb.

30 mayda keçirilən mətbuat konfransında Maskın gördüyü işləri yüksək qiymətləndirib və bildirib ki, gələcəkdə də onun fikirlərini nəzərə almağa hazırdır.

Səbinə Uğur 
"Cebheinfo.az"