Rüfət Səfərovun həbs müddəti 23 gün də uzadıldı

Keçmiş müstəntiq Rüfət Səfərovun həbs müddəti uzadılıb.
“Qafqazinfo”nun məlumatına görə, Binəqədi Rayon Məhkəməsi prokurorun təqdimatını əsaslı hesab edib.
Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyunun 23-nə kimi uzadılıb.
Qeyd edək ki, R.Səfərov külli miqdarda dələduzluq və qəsdən sağlamlığa az ağır zərər vurma maddələri ilə ittiham olunur.
"Cebheinfo.az"