OPEK+ “səkkizliyi” iyul ayı üzrə hasilat planını müzakirə edir

OPEK+ “səkkizliyi” iyul ayı üzrə hasilat planını müzakirə edir

“OPEC+” çərçivəsində neft hasilatını könüllü şəkildə azaldan səkkiz ölkənin nazirləri iyul ayına dair hasilat planını müzakirə etmək üçün onlayn görüşə başlayıblar. 

"Cebheinfo.az" xəbər verir ki, görüşdə Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Küveyt və Oman nümayəndələri iştirak edirlər. 

Bu səkkiz ölkə 2024-cü ilin əvvəlindən etibarən gündəlik ümumilikdə 2,2 milyon barel həcmində neft hasilatını könüllü şəkildə azaldıb.

Lakin 2025-ci ilin aprelindən etibarən həmin ölkələr hasilatın mərhələli şəkildə bərpasına başlayıblar. Aprel ayında hasilatın gündəlik 138 min barel artırılması planlaşdırılıb.

May və iyun aylarında isə əvvəlki planlardan üç dəfə çox, gündəlik 411 min barel artımla bazara dönüş qərarı qəbul olunub.

Qeyd edək ki, bu gün keçirilən görüşdə iyul ayında hasilatın ya eyni həcmdə (411 min barel/gün), ya da daha yüksək səviyyədə artırılması barədə razılıq əldə oluna bilər.

Səbinə Uğur
"Cebheinfo.az"