Gicitkəndən dondurma hazırlandı

Dondurma növləri getdikcə artır.
Bununla belə, dondurmanın gicitkəndən hazırlandığını eşidənlər təəccüblənir.
"Cebheinfo.az" xəbər verir ki, Türkiyədə dondurma ilə bağlı yeni çeşidlər istehsal edilir.
Son illər burada keçi südündən hazırlanan dondurma dünyada tanınıb. Hazırda isə Samsunda gicitkəndən hazırlanan və qeyri-mümkün görünən dondurma insanlarda maraq oyadıb.
Atakum qəsəbəsində bir dondurma satıcısı dərman və ətirli bitkilər arasında yer alan gicitkəndən dondurma və konfet istehsal edərək satışa çıxarıb.
Dondurma satıcısı Orhan Aydoğan təbii, qatqısız, sağlam və diabet üçün dondurmalar hazırladığını və "8-ci Samsun Regional Bitki Yemək Festivalı" çərçivəsində gicitkən dondurma istehsal etdiyini bildirib.
O, dondurmanın hansı bitki ilə daha ləzzətli və sağlam ola biləcəyi ilə bağlı araşdırmaları nəticəsində gicitkənli dondurmanın ortaya çıxdığını deyib:
"Bir neçə bitki sınadıq, amma ən yaxşısı olan gicitkənə qərar verdik. Gicitkən şorbası və yeməkləri baxımından çox istehlak edilən bir məhsuldur. Dondurma ilə birləşdirməyə qərar verdik".
Nigar
"Cebheinfo.az"