Maskın gözündəki göyərmə diqqət çəkdi: “Vuruldum”

ABŞ Prezidenti Donald Trampın müşaviri kimi qısa müddət fəaliyyət göstərən milyarder Elon Mask, vəzifəsinə vida etdiyi gün mediyanın diqqətini onun sağ gözünün altındakı göy ləkə çəkib.
"Cebheinfo.az" xəbər verir ki, medianın diqqətini Ağ Evdə Trampla birlikdə mətbuat konfransında çıxış edən Maskın gözünün göyərməsi çəkib.
Jurnalistlər bu barədə sual verəndə, Mask zarafatla cavab verib:
“Balaca oğlum X-lə oynayırdım. ‘Üzümə yumruq vur’ dedim, o da ciddiyə alıb vurdu”. Tramp da bu sözlərə gülümsəyərək reaksiya verib “X-ı tanısaydınız, bunu edə biləcəyini əmin olardınız”.
Xatırladaq ki, "The New York Times" Maskın ketamin, ekstazi və halüsinojen göbələklər kimi maddələrdən mütəmadi istifadə etdiyi iddia edilən məqalə yayımlayıb.
Yazıya görə, Mask bu maddələri özündə daşıyır və dozanı da zaman-zaman artırır.
Milyarder daha əvvəl verdiyi bir müsahibədə iki həftədən bir az miqdarda ketamin qəbul etdiyini və dozanın artmasının işinə mənfi təsir etdiyini etiraf edib.
Ancaq o, Ağ Evdəki işi zamanı bu maddələrdən istifadə edib-etmədiyini açıqlamayıb. Gözü ilə bağlı verdiyi bir başqa açıqlama isə sosial mediada geniş müzakirələrə səbəb olub.
“Fransanın yaxınlığında belə olmamışam” deyən Mask, bu fikirlə dolayı yolla Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronla bağlı yayılan mübahisəli “şillə" videosuna” eyham vurub.
Tramp da bu zarafata qoşularaq deyib: “Evlilikdə ən vacibi qapının bağlı olduğuna əmin olmaqdır”.
Səbinə Uğur
"Cebheinfo.az"