Goranboyda qardaş bacısını bıçaqlayıb - YENİLƏNİB

Goranboyda qardaş bacısını bıçaqlayıb - YENİLƏNİB

Goranboyda bıçaqlanan qadının vəziyyəti orta ağır qiymətləndirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Mayın 31-də saat 06:50 radələrində 1987-ci il təvəllüdlü şəxs (qadın cinsli) boğazın kəsilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi Cərrahiyyə şöbəsində aparılır", - qeyd olunub.

07:47

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürsonun məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1987-ci il təvəllüdlü G. Abbasova boğazının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə G. Nəcəfovanı aralarında baş verən mübahisə zamanı qardaşı 1993-cü il təvəllüdlü S. Nəcəfov bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"