Adrian Mutu Türkiyə və Yunanıstan klublarından təklif alıb

"Neftçi"nin keçmiş baş məşqçisi Adrian Mutu Türkiyə klublarının radarına düşüb.
"Cebheinfo.az" xəbər verir ki, iki Super Liqa klubu Mutu ilə maraqlanır.
Adları açıqlanmayan Anadolu klublarının Mutu ilə danışıqlar apardığı iddia edilir. Yunanıstan Liqasından olan "Aris" də rumıniyalı çalışdırıcı ilə danışıqlar aparır.
46 yaşlı mütəxəssis sonuncu dəfə "Petrolul Ploiesti"ni çalışdırıb.
Qeyd edək ki, Mutu 2023/24 mövsümündə "Neftçi"yə rəhbərlik edib.
"Cebheinfo.az"