“Neftçi” 7 futbolçu ilə vidalaşıb

“Neftçi” 7 futbolçu ilə vidalaşıb.
"Cebheinfo.az" kluba istinadən xəbər verir ki, 6 futbolçu – Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev və Höccət Haqverdinin müqavilə müddəti başa çatıb.
Bu oyunçularla müqavilə yenilənməyib.
İcarə müqaviləsi bitən Rüstəm Samiqullin isə məxsus olduğu “Sabah” klubuna qayıdıb.
"Cebheinfo.az"