İran XİN: AEBA-nın hesabatı əməkdaşlığın əsl səviyyəsini əks etdirmir

İran XİN: AEBA-nın hesabatı əməkdaşlığın əsl səviyyəsini əks etdirmir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hazırladığı son hesabat ölkənin agentliklə olan əməkdaşlığının əsl miqyasını əks etdirmir.

"Cebheinfo.az" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyi açıqlayıb

"İran AEBA ilə xoşniyyət və prinsipial yanaşma əsasında genişmiqyaslı əməkdaşlığını davam etdirib. Bu əməkdaşlıq Atom Silahlarının Yayılmaması haqqında Müqavilə və Hərtərəfli Zəmanətlər Sazişi çərçivəsində hüquq və öhdəliklərə əsaslanır. Bu kontekstdə AEBA-nın Baş direktoru iki dəfə Tehrana səfər edib. Təəssüf ki, belə geniş əməkdaşlığa baxmayaraq, hazırlanmış hesabat əməkdaşlığın əsl səviyyəsini tam şəkildə əks etdirmir", – deyə İran XİN-in "Telegram" kanalında qeyd edilib.

"Cebheinfo.az"