Sülh müqaviləsi ilə bağlı son dəqiqə AÇIQLAMASI

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Stiv Deyns Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.
“Cebheinfo.az”-ın məlumatına görə, görüş zamanı regional təhlükəsizlik məsələləri və iqtisadi investisiyaların perspektivləri müzakirə edilib.
ABŞ-nin Ermənistandakı səfirliyinin yaydığı bəyanatda deyilir:
“Senator Prezident Tramp administrasiyasının mövqeyini dəstəklədiyini bildirib. Ona görə Ermənistan və Azərbaycan regionda sabitlik və rifahın bərqərar olması üçün sülh müqaviləsi imzalamalıdırlar”.
Müşfiq Abdulla
“Cebheinfo.az