Gürcüstanlı din xadimi: "Şuşada olmaq mənə yuxu kimi gəlir"

Mən bu gün Şuşaya gələrkən yuxuda olduğumu sandım.
Amma çox şükür ki, bu, yuxu deyil, həqiqətdir. Uzun illər sonra Prezident İlham Əliyevin sayəsində bu günləri görmək olduqca sevindirici haldır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şuşaya səfər edən gürcüstanlı din xadimi Mahmud Əhmədov deyib.
“Biz televiziyada görürdük ki, işğalda olan torpaqlarda məscidləri, qəbiristanlıqları dağıdıblar. Amma bu gün bərpa-quruculuq işlərinin şahidi olduq. Burada qanı tökülən şəhidlərin və qazilərin sayəsində biz bu gün gözəl torpaqları ziyarət etdik. Arzum budur ki, Qarabağın arzusunda olan hər bir kəs gəlib buranı görsün”, - deyə o bildirib.
"Cebheinfo.az"