Vaşinqtonda qeyri-adi hadisə baş verib: 250 milyon arı...

Vaşinqtonda qeyri-adi hadisə baş verib: 250 milyon arı...

ABŞ-ın Vaşinqton ştatında aşmış yük maşınından təxminən 250 milyon arı çıxaraq uçub.

“Cebheinfo.az”-ın məlumatına görə, rəsmilər insanları həşərat sürüsündən çəkinməyə çağırıb.

Təxminən 31,750 kiloqram arı pətəyi daşıyan yük maşınının Kanada sərhədi yaxınlığında yolda aşması nəticəsində təcili yardıma bir neçə usta arıçı kömək edib.

Vaşinqton Dairəsinin Şerif Ofisi hadisədən dərhal sonra “Məqsəd mümkün qədər çox arı saxlamaqdır”, - deyə açıqlama verib.

Rəsmilər qəzanın baş verdiyi yerin xilasetmə əməliyyatları tamamlanana qədər bağlı qalacağını bildirib.

Müşfiq Abdulla
“Cebheinfo.az”