Vüsal Murtuzəliyev əməliyyat olunub: Reanimasiyadadır

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyevin vəziyyəti açıqlanıb.
Aktyorun bacısı Dilarə Əliyeva APA-ya bildirib ki, qardaşı əməliyyat olunub, ona anevrizma diaqnozu qoyulub.
“Əməliyyatdan sonrakı dönəm də çox önəmlidir. Hazırda reanimasiyadadır”, - Dilarə Əliyeva qeyd edib.
Qeyd edək ki, TƏBİB-in məlumatına görə, həkim müayinəsindən sonra Vüsal Murtuzəliyevə dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilib.
"Cebheinfo.az"