İsraildən etiraf: "Çətin günlər bizi gözləyir"

İsraildən etiraf: "Çətin günlər bizi gözləyir"

İsrail və İran arasında doqquz gündür davam edən müharibə zamanı İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirdən diqqətçəkən bir açıqlama gəlib.

"Cebheinfo.az" xəbər verir ki, o, 13 iyun tarixində İran ərazisinə başladılan genişmiqyaslı hücumlara dair videomesaj yayımlayıb.

O qeyd edib ki, İsrail vətəndaşları İrana qarşı aparılan uzunmüddətli müharibəyə hazır olmalıdır:

"Müharibə hələ başa çatmayıb. Hərçənd mühüm nəticələr əldə etmişik, amma qarşıda hələ bizi çətin günlər gözləyir".

O, İsrailin son doqquz gündə İrana qarşı keçirdiyi hücumların qeyri-adi nəticələr verdiyini bildirib:

“Bütün mümkün ssenarilər üçün hazırlıqlar aparırıq. Bu, tariximizdəki ən mürəkkəb müharibədir".

Zamir İranın 2 500-ə yaxın ballistik raketə və yüksək istehsal nisbətinə sahib olduğunu iddia edib.

Onun sözlərinə görə, İran təxminən iki il ərzində 8 000 raketə sahib ola bilər.

Bu təhlükəni nəzərə alaraq, İsrailin önləyici zərbə endirmək məcburiyyətində qaldığını bildirib.

Əfsanə Rəcəb
"Cebheinfo.az"