Əraqçi: "ABŞ-ın müharibədə iştirakı hamı üçün təhlükəli olacaq"

ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında bildirib.
“Diplomatiya keçmişdə işə yaradı və gələcəkdə də işləyə bilər. Lakin diplomatiyaya qayıtmaq üçün təcavüzə son qoyulmalıdır”, - nazir deyib.
Araqçi İsrailin açıq şəkildə diplomatiyaya qarşı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, İran danışıqlar yolu ilə həllə hazırdır:
“2015-ci ildə olduğu kimi, danışıqlar yolu ilə həllə mütləq hazırıq”.
"Cebheinfo.az"