17 min abonentin qaz təchizatı dayandırılacaq

17 min abonentin qaz təchizatı dayandırılacaq

Masallı rayon ərazisində yerləşən “Alvadı” qaz paylayıcı stansiyasında təzyiq tənzimləyicisinin, kürəvi kranın və flans birləşməsinin ləğvi ilə bağlı 23 iyun 2025-ci il tarixində, saat 10:00-dan işlər başa çatanadək, ümumilikdə 37 kənd üzrə 17 000 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

"Cebheinfo.az"