İranda daha 9 İsrail casusu TUTULDU

İranda daha 9 İsrail casusu TUTULDU

İranın Buşehr əyalətində İsrail kəşfiyyat xidmətləri ilə əlaqədə olduqları və ictimai rəyi təhrik edən fəaliyyətlə məşğul olduqları iddiası ilə 9 nəfər saxlanılıb.

"Cebheinfo.az" “Tasnim”ə istinadən xəbər verir ki, Buşehr polis rəisi Heydər Suseni bununla bağlı açıqlama verib.

"Aparılan təqib və araşdırmalar nəticəsində ictimai rəyi təhrik edərək, cəmiyyətin psixoloji təhlükəsizliyini hədəf alaraq İsrailə dəstək vermək əzmində olan 9 nəfər nəzarətə götürülüb”, - deyə Heydər Suseni bildirib.

İran rəsmisi qeyd edib ki, hazırda nəzarətə götürülən şəxslər məhkəməyə verilib.

Nigar Hacılı 
"Cebheinfo.az"