Merkeldən İsrailə dəstək MESAJI

Merkeldən İsrailə dəstək MESAJI

Almaniyanın sabiq kansleri Angela Merkel (2005–2021) İsrailin özünümüdafiə etmə hüququnu dəstəklədiyini bildirib və qeyd edib ki, yəhudi dövləti özünü qoruma imkanına malik olmalıdır. 

"Cebheinfo.az" xəbər verir ki, Merkel "Neue Osnabrücker Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib ki, əgər kimsə açıq şəkildə İsrail Dövlətini məhv etmək istədiyini bəyan edirsə, İsrailin buna qarşı özünü müdafiə etmək hüququ olmalıdır. 

Son vaxtlar İsrailin addımlarının beynəlxalq hüquqla nə dərəcədə uyğun olub-olmaması ilə bağlı yaranan suallara münasibət bildirən Almaniyanın keçmiş kansleri qeyd edib ki, “İsrail beynəlxalq hüququ pozur” kimi fikirlərlə tam razı deyil.

“Bir ölkənin varlığı HƏMAS və ya İran tərəfindən sual altına alınırsa, bu suala beynəlxalq hüquq nöqteyi-nəzərindən cavab vermək o qədər də asan deyil”, - deyə Merkel fikrini yekunlaşdırıb.

Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir sutkadan az müddətdə İran İsrailə cavab zərbəsi endirib.

Səbinə Uğur 
"Cebheinfo.az"