Paşinyan Ərdoğanla görüşdən əvvəl DUA EDİB

Paşinyan Ərdoğanla görüşdən əvvəl DUA EDİB

Xəbər verdiyimiz kimi,  Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə səfər edib. 

O, səfər çərçivəsində Türkiyədə bir sıra görüşlər keçirib. Səfərdə maraqlı detallardan biri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən əvvəl kilsədə dua etməsi olub. 

"Cebheinfo.az" bu barədə "News.am"-ın  "YouTube" kanalına istinadən xəbər verir.  Bildirilib ki, kilsədə onu din xadimlərindən heç kəs qarşılamayıb və hətta Türkiyədəki erməni icması ilə görüşdə də onların nümayəndələri iştirak etməyiblər. Səfərdə Paşinyanı geniş tərkibdə nümayəndə heyəti müşayiət edib. Tərəflər iki ölkə arasında münasibətlər, regiondakı vəziyyəti müzakirə ediblər. 

Xəzər 
"Cebheinfo.az"