"Bavariya" Argentina çempionunu məğlub etdi

"Bavariya" Argentina çempionunu məğlub etdi

Almaniyanın "Bavariya" futbol klubu ABŞ-də keçirilən Klublararası Dünya Çempionatında Argentina çempionu "Boka Xuniors"u 2:1 hesabı ilə məğlub edərək vaxtından əvvəl turnirin 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, Münhen klubu bundan əvvəl ilk turda Yeni Zelandiyanın "Ouklend Siti" klubunu 10:0 hesabı ilə məğlub etmişdi.

İki turdan sonra ikinci yerdə dörd xalı olan Lissabonun "Benfika" klubu qərarlaşıb.

Məlumat üçün əlavə edək ki, 2025-ci ilin Klublararası Dünya Çempionatı ABŞ-də təşkil edilib. Turnirdə 32 klub mübarizə aparır. Final oyunu iyulun 13-də Nyu-Cersidə baş tutacaq. Turnirin mükafat fondu bir milyard dollar təşkil edir.

"Cebheinfo.az"