Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə gəliblər

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə gəliblər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şərqi Zəngəzur və Qarabağa səfər çərçivəsində bu gün Şuşa şəhərinə gəliblər.

Xarici diplomatlar Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri, burada həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Qonaqlar Şuşada Üzeyir Hacıbəyovun ev-muzeyini ziyarət edib və onlara görkəmli Azərbaycan bəstəkarının həyatı və yaradıcılığı haqqında məlumat verilib.

Bundan başqa, xarici diplomatlar şəhərin tarixi ilə tanış ola və işğal dövründə Şuşada törədilmiş dağıntıların şahidi ola biləcəklər.

Səfər iştirakçılarını Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Qeyd edək ki, diplomatik korpusun nümayəndələri ötən gün Laçında olublar.

"Cebheinfo.az"