Prospektdəki qəzada ölən şəxsin kimliyi bilindi - VİDEO

Prospektdəki qəzada ölən şəxsin kimliyi bilindi - VİDEO

Dünən Heydər Əliyev prospektində baş vermiş ağır qəzada ölən piyadanın kimliyi müəyyənləşib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Turan Abdullayevin idarə etdiyi “Changan” markalı avtomobilin qarşısına qəfil çıxan və zərbəyə tuş gələn şəxsin 1981-ci il təvəllüdlü Namiq Əli oğlu Süleymanov olduğu müəyyən edilib.

Hadisə yerinin yaxınlığındakı “Yeni Klinika”nın Reanimasiya şöbəsinə çatdırılan şəxs az sonra vəfat eib.

Fakt üzrə Nizami RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

"Cebheinfo.az"