"Qalatasaray" İlkay Gündoğanla anlaşıb

"Qalatasaray" İlkay Gündoğanla anlaşıb

Türkiyə Superliqası təmsilçisi "Qalatasaray" İngiltərənin "Mançester Siti" klubunun yarımnüdafiəçisi İlkay Gündoğanla anlaşıb.

"Report" "L'Equip" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı oyunçu ilə müqavilənin şərtləri razılaşdırılıb.

Komandalar arasında transferin son detalları müzakirə olunur.

Qeyd edək ki, Türkiyə əsilli almaniyalı futbolçu ötən mövsüm "şəhərlilər"in heyətində 51 matçda 3 qol vurub, 7 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı İlkay Gündoğanın transfer dəyərini 5 milyon avro qiymətləndirir.

"Cebheinfo.az"