Üzərinə benzin tökülən şəxs yanaraq öldü

Üzərinə benzin tökülən şəxs yanaraq öldü

Ehtiyatsızlıqdan yanıq xəsarətləri alan Tovuz sakini vəfat edib. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 34 yaşlı Zabil İbrahimov gecə saatlarında yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də, səhər saatlarında həyatını itirib. 

İlkin məlumata görə, o, ehtiyatsızlıqdan üzərinə tökülən benzinin alışmasından sonra yanıq xəsarətləri alıb. 

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az"