Gürcüstan DTX sabiq nazir müavinini saxlayıb

Gürcüstan DTX sabiq nazir müavinini saxlayıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Anti-Korrupsiya İdarəsi iqtisadiyyat və davamlı inkişaf nazirinin sabiq müavini Romeo Mikautadzeni saxlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, sabiq nazir müavini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək milyonlarla lari qanunsuz gəlir əldə etməkdə, qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham edilir.

2017-2024 -cü illərdə yüksək səviyyəli dövlət vəzifələri tutan Mikautadzenin energetika sahəsindəki biznesmenlərdən müxtəlif imtiyazlar və yardım müqabilində su elektrik stansiyalarının səhmlərinin əldə etdiyini və onları başqa şəxslərin adına qeydiyyatdan keçirdiyi bildirlib. Mikautadzenin həmçinin gəlirlərinin mənbəyini gizlətdiyi və həmin vəsaitləri saxladığı yeri açıqlamadığı bildirilib. Sabiq nazir müavininin həmçinin İspaniyanın paytaxtı Madriddə qanunsuz yollarla 600 min avro dəyərində daşınmaz əmlak aldığı bildirilib. Faktla əlaqədar açılmış cinayət işi üzrə 9 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulur.

"Cebheinfo.az"