Rus turistlər Türkiyəni seçirlər

Rus turistlər Türkiyəni seçirlər

2026-cı ilin yay mövsümü ilə bağlı rusiyalı turistlərin tətil seçimləri əhəmiyyətli dərəcədə dəyişib. 

"Cebheinfo.az"  TASS-a istinadən xəbər verir ki, iyul ayında Türkiyədə otel sifarişləri ötən ilin eyni dövrü ilə müqayisədə ikiqat, Yunanıstana tələbat isə 2,5 dəfə artıb. Mütəxəssislər bildirirlər ki, turistlər daha əlverişli və asanlıqla əldə edilə bilən yerlərə üz tuturlar.

Türkiyə rusların bütün xarici sifarişlərinin 17,2%-ni təşkil edərək böyük fərqlə birinci yerdədir. Hesabata görə, Türkiyədə otel otağının orta qiyməti təxminən 13.330 rubl (8.500 türk lirəsi) təşkil edir. Beləliklə, Türkiyə həm qiymət, həm də əlçatanlıq baxımından rus turistləri üçün ən cəlbedici variantlardan biri olaraq qalır.

İkinci və üçüncü yerlərdə olan İtaliya və Fransaya maraq təxminən üçdə bir azalıb. Analitiklər yüksək qiymətlərin və nəqliyyat çətinliklərinin bu azalmada təsirli olduğunu bildirirlər. Əksinə, Macarıstanda nəzərəçarpacaq artım müşahidə olunub. Bu ölkəyə tələbat 2,5 dəfə artıb, orta gecəlik otel otağının qiyməti 9.940 rubl təşkil edib.

Belarus, Tayland, Çin, Gürcüstan və Yaponiya da beynəlxalq səyahətlər üçün ən çox üstünlük verilən 10 ölkə arasındadır. 

Mütəxəssislər Qərbi Avropanın tədricən əvvəlki cəlbediciliyini itirdiyini, Asiya, Yaxın Şərq və Rusiyaya daha yaxın yerlərin isə gücləndiyini vurğulayırlar. İyul ayında rusiyalı turistlərin beynəlxalq səyahətləri orta hesabla beş gün davam edir və orta hesabla bir gecəlik xərc 14.800 rubl təşkil edir.

Nigar
"Cebheinfo.az"