ABŞ-də "B-52" bombardmançı təyyarəsi qəzaya uğrayıb
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52 Stratofortress" strateji bombardmançı təyyarəsi Kaliforniyadakı Edvards Hərbi Hava Qüvvələri bazasından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.
Bu barədə aviabazanın sosial media səhifəsində paylaşım edilib.
"Hadisə yerinə təcili yardım briqadaları dərhal gəlib və vəziyyət nəzarət altındadır", - deyə məlumatda bildirilib.
Hazırda ölən və ya yaralananların olub-olmadığı məlum deyil. Edvards Hərbi Hava Qüvvələri Bazası Kaliforniyanın Mohave səhrasında, Los-Ancelesin şimal-şərqində yerləşir.
"Cebheinfo.az"

