Vəfat edən fenomenin son sözləri ürək dağladı

Xəbər verdiyimiz kimi, sosial media fenomeni olan Nihal Candan dünən vəfat edib.
"Cebheinfo.az" xəbər verir ki, 27 yaşlı fenomenin ölümündən əvvəl dediyi son sözləri ortaya çıxıb.
Belə ki, amoreksiya səbəbiylə 23 kiloya qədər düşən və reanimasiyaya yerləşdirilən Nihal Candanın bir gün əvvəl ürəyi dayanıb və müdaxilədən sonra həyata qaytarılıb.
Lakin onun ürəyi 24 saat ərzində ikinci dəfə dayanıb və onu xilas etmək mümkün olmayıb. Gənc fenomenin son sözləri olan “yaşaya bilmirəm” olub.
Gözəllik üzrə mütəxəssis Sevim Alan da ölüm xəbərindən sonra sosial media hesabında diqqət çəkən paylaşım edib.
Alan "Yaşaya bilmədi... "Yaşaya bilmirəm" deyirdi. Dünən anası "Son vaxtlar Allaha üz tutub, yaşamamaq üçün çox dua edir" deyib. Nihal həbsdən çıxanda xəstəliyi ölümcül olsa da, tamamilə sağlam idi.
“İnsanı yaşadıqları deyil, haqsız yerə yaşamaq məcburiyyətində qaldıqları öldürür. Çox üzüldüm...", - deyib.
Bacısı Bahar Candan bir müddət əvvəl paylaşdığı diqqətçəkən paylaşımda Nihalın səhhətinin ciddiliyini açıqlamışdı və "Bacımın orqanları sıradan çıxıb. Müalicədən imtina edir. O ölmək istəyir"' - demişdi.
Qeyd edək ki, sosial media fenomeni olan Nihal Candan və Bahar Candan bacıları 2023-cü ilin noyabrında "fırıldaqçılıq" və "çirkli pulların yuyulması" ittihamı ilə həbs edilmişdi.
Həbsdə olduğu müddətdə səhhətində ciddi problemlər yaşayan Nihal Candanda yemək pozğunluğu kimi tanınan Anoreksiya Nervoza diaqnozu qoyulub.
Səhhəti günü-gündən pisləşən 27 yaşlı Candan son aylarda xəstəliyinin irəliləməsi və keçirdiyi psixoloji sarsıntı səbəbindən evə buraxılaraq xəstəxanaya aparılıb.Lakin onun müalicəyə müqavimət göstərdiyi və yeməkdən imtina etdiyi öyrənilib.
Əfsanə Rəcəb
"Cebheinfo.az"