"Telegram"-a yeni funksiya gəlib

"Telegram"-a yeni funksiya gəlib

OS 11.13 (30945) üçün "Telegram"-ın "Beta" versiyası tapşırıq siyahıları yaratmaq imkanı təqdim edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumat "Beta info"da qeyd olunub.

Bildirilib ki, hər siyahıda 30-a qədər maddə ola bilər. Funksiya həm şəxsi söhbətlərdə, həm də qruplarda mövcuddur.

Funksiya hazırda sınaq mərhələsindədir və son versiya buraxılana qədər dəyişdirilə bilər.

Android üçün "Telegram"-ın beta versiyasında tapşırıq siyahılarının nə vaxt görünəcəyi məlum deyil.

Bütün mümkün platformalarda messencerin stabil versiyasında funksiyanın tətbiq olunma tarixi də məlum deyil.(BAKU.WS)

"Cebheinfo.az"