Heydər Əliyev prospektində maşın piyadanı vuraraq öldürüb - FOTO
Yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, 10 zolaqlı yolun hərəkət hissəsindən keçən iki piyadadan birini avtomobil vurub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Qeyd olunub ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “ASK Arenanın” qarşısında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib: "Yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, 2 piyada yolun hərəkət hissəsindən keçib və onlardan birini minik avtomobili vurub. Piyada hadisə yerindəcə həyatını itirib.
Qəza səbəbindən metronun “Koroğlu” satnasiyası istiqamətində nəqliyyat sıxlığı yaransa da polis əməkdaşları tərəfindən görülən zəruru tədbirlər nəticəsində hazırda avtomobillərin sərbəst hərəkəti təmin edilib".
"Cebheinfo.az"