Əraqçi: "Raket arsenalı məsələsini heç kimlə müzakirə etmirik"

İran raket arsenalı məsələsi ilə bağlı heç kimlə danışıqlar aparmır.
“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 20-də Cenevrədə Avropa ”üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) nümayəndələri ilə danışıqlara işarə edərək bildirib.
Onun sözlərinə görə, bu danışıq nüvə məsələsi ilə bağlıdır: “Aydınlaşdırım ki, raket məsələsi ilə bağlı heç kimlə danışıqlar aparmırıq”.
"Cebheinfo.az"