SEPAH komandirindən MÜRACİƏT

SEPAH komandirindən MÜRACİƏT

İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) koordinator müavini, briqada generalı Məhəmməd Rza Naqdi Fələstindəki vəziyyətlə bağlı videomüraciət yayımlayıb. 

"Cebheinfo.az" xəbər verir ki, o, çıxışında Qəzza zolağı və İordan çayının qərb sahilindəki fələstinli gənclərə səslənib və onların uzun illər davam edən mübarizəsinin “məhsul verdiyini” bildirib. 

Naqdi müraciətində bildirib:

“Qəhrəman Fələstin xalqı, mübarizə meydanında olan kişilər və qadınlar, Qəzzanın qürurlu xalqı və İordan çayının qərb sahilindəki döyüşçülər,  sizi təbrik edirəm. 76 illik cihadınız indi bəhrəsini verir”.

O, çıxışında İran Silahlı Qüvvələrinin İsrailə qarşı cavab tədbirlərinə də toxunub və qeyd edib ki, uzun illər fələstinliləri bombalayan və torpaqlarını zəbt edənlər indi sığınacaqlara çəkiliblər.

Naqdi  fələstinli gəncləri “qəzəblərini saxlayaraq əsas mövqelərdə dayandıqları üçün” tərifləyib və əlavə edib: 

“Həlledici gün və tarixi missiyanızın yerinə yetiriləcəyi an artıq yaxındadır. Biz hamımız birlikdə olacağıq. O gün Qüdsə doğru hərəkət edəcəyimiz gün olacaq”.

Qeyd edək ki, generalın bu bəyanatı Yaxın Şərqdə gərginliyin getdikcə artdığı və İsrail ilə İran arasında qarşılıqlı ittihamların intensivləşdiyi bir dövrdə səslənib.

Səbinə Uğur
"Cebheinfo.az"